Serif və sans-serif fərqləri
Serif'ləri - hərf çıxıntıları - olan fontlarla çap olunmuş yazılar adətən gözü yormur. Bu səbəbdən kitablar və qəzetlərdə mətnlərdə çox istifadə olunur. Belə serif fonta ən məşhur misal olaraq Times, Garamond, Georgia fontunu misal göstərmək olar.
Sans-serif - seriflləri olmayan (xatırlarsanız sans fransızcada -sız şəkilçisi idi) - fontlar isə adətən başlıqlarda və monitor ekranlarında mətn yazıları üçün istifadə olunur. Belə sans-serif fontlara ən məşhur misal olaraq Helvetica, Arial, Tahoma fontunu misal göstərmək olar.