Menu

Top 10+1 redaktə səhvləri

1. Yeni səhifəyə çoxlu enter basaraq keçmək.

Mətn səhifənin ortasında qurtarıbsa yeni səhifəyə keçmək üçün çoxlu Enter basmaq lazım deyil. Belə olduqda mətnin əvvəlində bir yerdə bir neçə sətir silinsə yeni səhifə artıq yeni olmayacaq. Məsələn, altdakı şəkildəki kimi başlıq tək başına mətndən ayrı səhifədə olduğu üçün çirkin görünəcək.

Belə olmaması üçün Ctrl+Enter basmaqla yeni səhifə əlavə edə bilərik.

2. Yeni sətiri Enter ilə, paragrafı isə çoxlu space basaraq başlamaq

Var yeni paragraf, bir də var yeni sətir. Sizə görə hər biri enter basmaqla düzəlir amma Word kimi ağıllı proqramlar sizdən fərqli olmasını istəyir. Enter-i basmaqla əslində siz yeni paraqrafa keçmiş olursunuz. Amma Shift+Enter yeni sətir deməkdir.

Ona görə paraqrafları bir-birindən aşağıdakı kimi aralı etmək istəyiriksə hər birinin arasına iki dəfə Enter basmaq düzgün deyil. Yolu budur ki, mətni seçib, sağ tıqlayıb PARAGRAPH seçirik, sonra SPACİNG bölümündə BEFORE qiymətini 18 filan qoyuruq.

Paraqrafları bir az içəridən başlamaq istəyiriksə ağıllı davranıb Tab istifadə etmək də doğru deyil. Belə ki, burada da mətni seçib PARAGRAPH-dan İNDENTATION bölümündə aşağıdakı kimi ilk sətiri nə qədər içəridən başlatmaq istədiyinizi seçə bilərsiniz:

Bu spacing çox işə yarayır, məsələn, sətir arasına məsafə vermək istəyiriksə yenə də Enter-lə doldurmaq heç düzgün deyil. Aşağıdakı kimi BEFOREAFTER SPACE-ləri düzəldərək düzgün iş görmək lazımdır.

3. Tire və defis

Tire, iki budaq cümlə arasında və dialoqların əvvəlində olmalıdır. Defis isə tiredən qısa olub, iki rəqəm və söz arasında, heca sonunda ola bilər. Çıxma işarəsi ilə defis eynidirlər. Ona görə defisi (-) klaviaturada tapmaq rahatdır. Tire (–) yazmaq üçünsə Alt düyməsini basılı saxlayıb, klaviaturanın sağ tərəfindəki numeral düymələrlə 0150 yığırıq. (Bax: Başqa nələr yazmaq olar)

4. Sözlər arasında iki boşluq

İki söz arasında tək boşluq olmalıdır. Nöqtə və vergüldən əvvəl isə boşluq olmamalıdır.

5. Dar vəya çox geniş sətirlər arası

Sətirarası məsafə fontun hündürlüyünün ən azı 120%-i olmalıdır. Daha oxunaqlı yazılar üçün məsafə 130% qəbul edilir.

6. Sans-Serif mətn

Məqalə, kitab yazıları kimi uzun mətnlər oxunurkən yorulmamaq üçün Serif fontlara üstünlük verilməlidir. Sans-serif adətən, ekran yazılarında, başlıq və işarə mətnlərində (Exit, Closed kimi) istifadə olunmalıdır. (Bax: Serif və sans-serif fərqi)

7. Çox uzun və qısa sətirlər

Sətirlərin uzunluğunun 45-75 hərf (boşluq daxil) olması oxuma sürətini artırır. Çox uzun sətirlə yazılmış mətnləri oxurkən sətirdən yeni sətirə keçəndə hansı sətirdən davam edəcəyinizi çaşdıra bilərsiniz. İdeal sətir uzunluğu 66 işarə və 11cm-dir.

8. Pəncərələr

Azərbaycan dilində şəkilçilərdən bol istifadə edildiyi üçün sözlərin uzunluğu xeyli uzanır. Mətn yanlardan düz - JUSTİFY ediləndə mətndə sözlər arası məsafələr uzanıb, bəzən də alt-alta düşüb boş "pəncərə"lər yarana bilər. Hecalamadan istifadə edərək bunlardan qurtula bilərsiniz. Hecaları bölmək üçün Ctrl+- düyməsini basdıqda adi halda görünməyən, sadəcə sətir sonunda defisə çevrilən işarə əlavə olunur. Word kimi məşhur programlarda təəssüf ki, hələ də azərbaycanca avtomatik hecalama yoxdur (hyphenation).

9. Qısa qalıq heca

Uzun sözlərdə hecalama zamanı çalışın yeni sətirə sözün uzun hissəsini ayırın.g Məsələn "cavanlaşdır-ma" kimi yeni sətirə keçirmək yanlış olaraq ilk anda "cavanlaşdır" kimi oxunduğuna görə oxucu cümlənin mənasını itirə bilər. "cavanlaş-dırma" daha məqsədəuyğundur. Bu eyni zamanda yeni səhifə və sütunda qalan mətnin tək sətiri üçün də keçərlidir.

10. Çoxlu font

Bir neçə fontdansa, fontun italicbold tiplərindən istifadə edin.

11. Mündəricatda çoxlu nöqtə qoymaq

İnsan özünə indiyənə kimi ən çox verdiyi zülmü “mündəricat” düzəldərkən verməyib. Səhifələri nömrələyirsən, sonra mətndə bir sətir ora-bura dəyişiklik edən kimi mündəricatda bütün rəqəmləri gərək təzədən düzəldəsən. Halbuki, işi əvvəlcədən görəndə Word avtomatik sənə mündəricat düzəldə bilir.

1-ci üsul

Bunun üçün gərək mündəricatda görünməsini istədyin başlıqların hamısını tək stil adı altında düzəldəsən. Məcbur deyil ki, hamısı eyni stildə (bold, italic və font ölçüsü və s) olsun. Vacibdir ki, eyni stil ADInda olsun.

Belə edirik: istədiyimiz başlığı tapıb seçirik, sonra yeni STYLE yaradırıq:

Sonra stilin adını yazırıq və bundan sonra yazacaqlarımız bütün başlıqları bu stildə edirik (başlığı seçib, menyudan yeni ad verdiyimiz stili seçərək).

Əgər iş-işdən keçibsə, başlıqlar əvvəlcədən yazılıbsa onda Ctrl+H basaraq FORMAT bölümündən başlıqlarınızı hansı şiriftdə, bold-lamı, italic-ləmi, hansı ölçüdə yazmışdınızsa onu axtarıb, REPLACE WITH bölməsinə də yeni yaratdığınız stili seçirsiniz. Və REPLACE ALL basırsınız:

Bütün başlıqlar eyni stildə olduqdan sonra mündəricatı yaratmaq üçün menyudan REFERENCES > TABLE OF CONTENTS > CUSTOM ... > OPTIONS -dan öz düzəltdiyimiz başlıq stilimizi TOC 1 level edirik. Aşağıdakı kimi:

Son olaraq qeyd edim, mündəricatın yenilənməsi üçün ya arada bir, vəya kitabı təhvil verməmişdən əvvəl mündəricat cədvəlinin üstünə sağ tıqlayıb UPDATE FİELD etməyi unutmayın. Bu zaman cədvəlin sadəcə səhifə nömrələrinimi, yoxsa başdan-ayağa təzələnməsini seçə bilərsiniz.

2-ci qısa üsul

İkinci qısa bir varyant da başlıqları seçib, ya sağ mouse düyməsi ya da menyudanPARAGRAPH > OUTLINE LEVEL u mündəricatdakı səviyyələrə uyğun səviyyəni seçirik. Ən azından Level 1 seçmək lazımdır. Bir alt başlıq varsa Level 2, daha kiçik alt başlıq üçünsə də Level 3 və s. Geri qalan mətn isə standart olaraq Body Text olaraq seçili olur. Artıq səviyyələr müəyyən olduqdan sonra mündəricat cədvəlini əlavə etmək istədiyiniz yerə REFERENCES > TABLE OF CONTENTS-dən əlavə edə bilərsiniz.

Burada da xatırladıram ki, mündəricatın yenilənməsi üçün ya arada bir, vəya kitabı təhvil verməmişdən əvvəl mündəricat cədvəlinin üstünə sağ tıqlayıb UPDATE FİELD etməyi unutmayın. Bu zaman cədvəlin sadəcə səhifə nömrələrinimi, yoxsa başdan-ayağa təzələnməsini seçə bilərsiniz.

Suallarınız varsa, aşağıya vəya facebook səhifəmizə yazın.

milli.net Space

Netty.az

Netty 2017 Nominant

luget.info

luget.info